"Ermənistanın Gəncədə insanlığa qarşı cinayəti cəzasız qalmamalıdır" - Ceyhun Bayramov

10:20 11.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu gün Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür”.

Hafta.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

O qeyd edib ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır: “Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik”.